Yazıçı Vidadi Babanlı VƏFAT ETDİ

Yazıçı Vidadi Babanlı VƏFAT ETDİ

Hazırda oxunan: Yazıçı Vidadi Babanlı VƏFAT ETDİ

265549

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, "Şərəf" ordenli V.Babanlı bu gün 98 yaşında dünyasını dəyişib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.

"Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri vəzifələrində çalışıb. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub.

Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görən "Anam sən oldun" şeiridir. V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO