Putin Alyaskada Sovet əsgərlərinin məzarlarını ziyarət etdi - FOTO

Putin Alyaskada Sovet əsgərlərinin məzarlarını ziyarət etdi - FOTO

Hazırda oxunan: Putin Alyaskada Sovet əsgərlərinin məzarlarını ziyarət etdi - FOTO

265516

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə görüşündən sonra Alyaskada İkinci Dünya müharibəsində həlak olan Sovet əsgərlərinin məzarlarını ziyarət edib.

Bizim.Media xəbər verir ki, Kremlin yaydığı məlumata görə, Putin Ankoric yaxınlığındakı “Fort Richardson” Xatirə Qəbiristanlığına gedərək müharibə zamanı həyatını itirən Sovet pilot və dənizçilərinin məzarlarına gül qoyub.
 

Həmin əsgərlərin ABŞ-ın “Lend-Liz” (Əvəzsiz yardım və icarə) proqramı çərçivəsində müttəfiqlərə hərbi sursat daşıyarkən öldüyü qeyd olunub.


Ziyarət zamanı Putin bölgədəki pravoslav din xadimlərindən biri ilə qısa söhbət də edib.

Ziyarətdən sonra Rusiya lideri Alyaskanı tərk edərək ölkəsinə qayıdıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO