ATV kanalında yayımlanan "Bizimləsən" verilişində gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, verilişə müraciət edən qadın nəvəsinin evdən qaçdığını bildirib.
Evli olan qadının həyat yoldaşı efirə canlı bağlantı ilə qoşulub:
"Mən Nuranənin həyat yoldaşıyam. Ayın 15-i günü mən evdən çıxıb işə getmişəm. Həmin gün bizim ailəmizdə heç bir söz-söhbət baş verməyib. Evdə 3 nəfər yaşayrıq. Anam, mən və Nuranə. Nuranə ilə aramzda həmin müddətdə heç bir narazılıq və hər hansısa bir mübahisə olmayıb. Nuranə ilə aramızda 14-15 yaş fərq var. Evdən qaçanda məktub yazıb ki, məni istəməyərək evləndiriblər. Biz evləndikdən bir müddət sonra da deyirdi ki, məni nənəm və bibim məcbur evləndirib”.
Bizim.Media