Qastroenteroloq Yevgeni Belousov moruqun həm faydalı, həm də bəzi hallarda zərərli ola biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, mütəxəssis bu haqda life.ru-ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, 100 qram moruq cəmi 46 kilokalori təşkil edir və tərkibində C, B qrupu, E və PP vitaminləri, dəmir, sink, maqnezium, kalium, flavonoidlər, antosiyaninlər və salisilik turşu var.
Moruq qan şəkərinin tənzimlənməsinə kömək edir, dərinin qocalma prosesini ləngidir, ürək-damar sistemi üçün faydalıdır, damarların elastikliyini artırır və qan laxtalanmasının qarşısını alır.
Həkim bildirib ki, moruqu gündə 200 qramdan çox yemək məsləhət görülmür. Qastrit, mədə xorası və podaqra xəstələri isə moruqdan uzaq durmalıdır. (Redaktor.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:25 / 15.08.2025
Moruq dərinin qocalma prosesini ləngidir
Hazırda oxunan: Moruq dərinin qocalma prosesini ləngidir
Hazırda oxunan: Moruq dərinin qocalma prosesini ləngidir
265451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.