“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətində aparılan struktur dəyişiklikləri nəticəsində klubun rəhbərliyində yeniliklər həyata keçirilib.
Bizim.Media xəbər verir ki, Adil Vəliyev İdarə Heyətinin yeni sədri təyin olunub.
Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov İdarə Heyətinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər. Erkin İbrahimov şəxsi istəyi ilə müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu, İdarə Heyətinin sədri tərəfindən qəbul olunub.
Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər təyin olunub. Eyni zamanda, İcraçı direktor və Akademiyanın direktoru vəzifələri ləğv edildiyindən Cabir İbrahimovla yollar ayrılıb.
Bundan əlavə, klubun mətbuat katibi Azad Mustafayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:15 / 15.08.2025
“Kəpəz”in İdarə Heyətinə yeni rəhbər təyin olundu
Hazırda oxunan: “Kəpəz”in İdarə Heyətinə yeni rəhbər təyin olundu
Hazırda oxunan: “Kəpəz”in İdarə Heyətinə yeni rəhbər təyin olundu
265437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.