ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edildi - FOTO

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edildi - FOTO

265433

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Çin Xalq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək universitetin təhsil imkanları, beynəlxalq əlaqələri, reytinqlərdəki mövqeyi, maddi-texniki bazası və ikili diplom proqramları barədə ətraflı məlumat verib.

Bizim.Media xəbər verir ki, Çin tərəfini təmsil edən Quançjou Bələdiyyəsi Xalq Hökumətinin Xarici Əlaqələr Ofisi Baş Direktorunun müavini xanım Ruan Xiaohong iki ölkə arasında artan əməkdaşlıq əlaqələrinə diqqət çəkərək, Azərbaycan və Çin liderlərinin son görüşündən sonra bu istiqamətdə daha da fəallaşdıqlarını bildirib, xüsusilə də təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Görüş zamanı ADNSU ilə Quançjou şəhərində yerləşən Cənubi Çin Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tədqiqat layihələrinin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi, tələbə və müəllim mübadiləsi, birgə laboratoriyaların yaradılması və ortaq elmi işlərin aparılması kimi istiqamətlər əməkdaşlıq sahələri kimi nəzərdən keçirilib. Sonda xatirə hədiyyələri təqdim edilib. Qonaqlar universitetin Tarix və Mineralogiya muzeylərində olub, universitetin tarixi və minerallar haqqında ətraflı məlumat əldə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO