Avqustun 11-də 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata əsasən, 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub. Ümumilikdə 23 802 nəfər müsabiqədən keçib.
Müsabiqənin nəticələri 15 avqust tarixində müraciətçilərə həm SMS vasitəsilə təqdim edilib, eyni zamanda “şəxsi kabinet” bölməsində yerləşdirilib. Müsabiqədən uğurla keçən namizədlər 16 – 25 avqust tarixlərində qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:15 / 15.08.2025
Peşə təhsil müəssisələrinə qəbulun nəticələri AÇIQLANDI
Hazırda oxunan: Peşə təhsil müəssisələrinə qəbulun nəticələri AÇIQLANDI
Hazırda oxunan: Peşə təhsil müəssisələrinə qəbulun nəticələri AÇIQLANDI
265428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.