Süni intellekt müəllif hüquqlarını pozdu: Məhkəməyə verildi

Süni intellekt müəllif hüquqlarını pozdu: Məhkəməyə verildi

Hazırda oxunan: Süni intellekt müəllif hüquqlarını pozdu: Məhkəməyə verildi

265284

Yaponiyanın ən məşhur qəzeti “Yomiuri Shimbun” ABŞ-da yerləşən “Perplexity” süni intellekt startapını müəllif hüquqlarını pozduğuna görə məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, şirkətin iddiasına görə, AI platforması istifadəçilərinə cavab vermək üçün icazəsiz məqalə və şəkillərdən istifadə edib.
 

Bildirilib ki, “Perplexity” 2025-ci ilin fevral və iyun ayları arasında qəzetin təxminən 120 min məqaləsinə daxil olub və onların məzmununu icazəsiz çoxaldıb.


Şirkət məzmunun istifadəsinin dayandırılmasını və 2,1 milyard yen (14,2 milyon dollar) təzminat ödəməsini tələb edərək, Tokio Rayon Məhkəməsində iddia qaldırıb. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO