Abbasla Kərim arasında QALMAQAL: “Buna haqqın varmı?!” - FOTO/VİDEO

Abbasla Kərim arasında QALMAQAL: “Buna haqqın varmı?!” - FOTO/VİDEO

Hazırda oxunan: Abbasla Kərim arasında QALMAQAL: “Buna haqqın varmı?!” - FOTO/VİDEO

265262

Əməkdar artist Abbas Bağırov müğənni Kərim Abasovun ünvanına sərt sözlər yazıb.

Bizim.Media xəbər verir ki, Abbas Kərimin ötən gün Xalq artisti Samir Cəfərovla Əməkdar artist Təyyar Bayramovun canlı ifasını tənqid etməsinə irad bildirib.

Abbas ad çəkmədən bunları yazıb:

“Heç bir sənətkar haqqında “həmişə səhvsiz, qüsursuz oxuyur” demək olmaz.

Səhnə - canlı sənətdir və burada hər kəsin bəzən istəmədiyi anda texniki və ya digər səbəbdən problemlər yaşaması təbiidir. Təəssüf ki, bu gün bəzi “məlum” sənətkarların gözəl əsərləri, mahnıları barədə danışmaq, paylaşmaq əvəzinə, bir çoxlarını yalnız həmin an yaşadığı kiçik bir problem maraqlandırır.
 

Əsl musiqi sənətkarına qiymət vermək üçün onun bir ifasına yox, keçdiyi sənət yoluna, qazandığı uğurlara, çəkdiyi zəhmətə, yaratdığı dəyərlərə baxmaq lazımdır.


Onun sənətə gəldiyi gündən bu günə qədər nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir. O halda sual yaranır: sənətin ən yaxşı nümunələrinə göz yumub, haqsız yerə müzakirə aparmaq, kiminsə zəhmətini kölgəyə salmaq nə dərəcədə ədalətlidir? Haqqınız varmı buna?”




Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO