“Nurlan” kafesinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

“Nurlan” kafesinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Hazırda oxunan: “Nurlan” kafesinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

265260

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Nurlan” kafesində ciddi nöqsanlar aşkar edilib.

Bu barədə Bizim.Media-ya agentlikdən bildirilib.

Kafedə gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO