Ermənistan rəsmisi: Naxçıvan–Culfa xətti ilə İrana çıxışı genişləndirəcəyik

Ermənistan rəsmisi: Naxçıvan–Culfa xətti ilə İrana çıxışı genişləndirəcəyik

Hazırda oxunan: Ermənistan rəsmisi: Naxçıvan–Culfa xətti ilə İrana çıxışı genişləndirəcəyik

265212

Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan Naxçıvan–Culfa dəmir yolu vasitəsilə Ermənistan və İran arasında əlaqələrin inkişafı üçün yeni perspektivlərin açıldığını bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu marşrut iqtisadi və logistika baxımından region ölkələri üçün mühüm imkanlar yaradacaq.

Kostanyan qeyd edib ki, “Tramp marşrutu”- Zəngəzur dəhlizi adlanan layihə çərçivəsində Ermənistanda xüsusi bir şirkət qeydiyyatdan keçiriləcək və onun səhmləri Ermənistan ilə ABŞ arasında bölüşdürüləcək. O vurğulayıb ki, bu əməkdaşlıq forması regionda iqtisadi fəallığı artırmağa yönəlib.

Erməni rəsmisi həmçinin aydın şəkildə bildirib ki, layihənin icrası ABŞ-ın regionda hərbi və ya təhlükəsizlik sahəsində mövcudluğu anlamına gəlmir:

“Bu, sırf iqtisadi və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən təşəbbüsdür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO