"20 Yanvar" metro stansiyasında doğulan körpə və anası evə buraxıldı

"20 Yanvar" metro stansiyasında doğulan körpə və anası evə buraxıldı

Hazırda oxunan: "20 Yanvar" metro stansiyasında doğulan körpə və anası evə buraxıldı

265206

Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə və anası bu gün evə buraxılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır.

Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib.

Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO