İnsan yaşlandıqca beynin bəzi hissələri güclənir – ARAŞDIRMA

İnsan yaşlandıqca beynin bəzi hissələri güclənir – ARAŞDIRMA

Hazırda oxunan: İnsan yaşlandıqca beynin bəzi hissələri güclənir – ARAŞDIRMA

265080

“Nature Neuroscience” jurnalında dərc olunan araşdırmaya görə, insan yaşlandıqca beynin bəzi hissələri sabit qalır, hətta daha da güclənir.

Bizim.Media “Science Daily” saytına istinadla xəbər verir ki, DZNE, Maqdeburq Universiteti və Tübingen Universitetinin Hertie Kliniki Beyin Tədqiqatları İnstitutunun alimləri ultra yüksək dəqiqlikli MRT skanları ilə “ilkin somatosensor korteks”in laylı quruluşunu araşdırıblar.

Nəticələrə əsasən, toxunma siqnallarını emal edən bu sahədə bəzi təbəqələr, xüsusilə dərin qatlar yaşla əlaqədar incəlsə də, orta və yuxarı qatlar sabit qalır və ya qalınlaşır. Bu, beyin plastikasının (nevroplastikliyin) yaşlılıqda da davam etdiyini göstərir.

Alimlər bunun səbəbini həmin qatların gündəlik həyatda daha çox stimullaşması ilə əlaqələndiriblər.
 

Tədqiqat, həmçinin göstərib ki, dərin təbəqələrdə incəlmə olsa belə, mielinin miqdarı artır. Bu, sinir siqnallarının modulyasiyasını yaxşılaşdıraraq müəyyən degenerasiyaya qarşı kompensasiya mexanizmi yaradır. Araşdırma tez-tez istifadə olunan sensor-motor bacarıqların yaşlılıqda belə qorunacağını, lakin müdaxilə edən stimullar qarşısında çətinlik yarana biləcəyini ortaya qoyur.


Mütəxəssislər nəticələri yaşlanmaya optimist yanaşma kimi qiymətləndirir və beyni davamlı stimullaşdırmağın funksiyaları qorumağa kömək edə biləcəyini vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO