TƏKLİF: Qarabağda rəqəmsal media platforması yaradılsın - FOTO 

TƏKLİF: Qarabağda rəqəmsal media platforması yaradılsın - FOTO 

Hazırda oxunan: TƏKLİF: Qarabağda rəqəmsal media platforması yaradılsın - FOTO 

26502

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanda səfərdə olan “Al Jazeera” Media İnstitutunun və Medianın İnkişafı Agentliyinin nümayəndələri ilə görüşüb. 

Fonddan Bizim.Media-ya verilən məlumata görə, Rəhman Hacıyev qonaqlara Qarabağ Dirçəliş Fondunun yaranması, məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. 

Keçirilən görüşdə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Medianın dirçəlişin bir hissəsi olduğunu ifadə edən “Al Jazeera” Media İnstitutunun Yeni layihələr üzrə meneceri Montaser Maray sosial medianın hazırkı təsir qüvvəsindən danışaraq, media sahəsində silsilə seminarların keçirilməsi, qarşılıqlı məlumat mübadiləsinin aparılması, Qarabağ həqiqətlərinin, hekayələrinin işıqlandırılması məsələlərində dəstək verməyə hazır olduqlarını bildirib. 

Media İnstitutunun nümayəndələri Qarabağda rəqəmsal media platformasının yaradılması, “Al Jazeera” ilə əməkdaşlıq, xüsusilə Qarabağa qayıdacaq gənclərin iştirakını təmin edə biləcək bir neçə maraqlı layihə təklifləri ilə çıxış edib. 

Sonda tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə razılıq əldə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO