DYP-dən sürücülərə müraciət: “Yol örtüyünün sürüşkən olması…”

DYP-dən sürücülərə müraciət: “Yol örtüyünün sürüşkən olması…”

Hazırda oxunan: DYP-dən sürücülərə müraciət: “Yol örtüyünün sürüşkən olması…”

264938

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu havanın yol hərəkəti iştirakçılarına çətinliklər yaratdığı bildirilib.

Qeyd olunub ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər:

"Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO