Vətəndaşların pulunu mənimsəyən memara HÖKM OXUNDU

Vətəndaşların pulunu mənimsəyən memara HÖKM OXUNDU

Hazırda oxunan: Vətəndaşların pulunu mənimsəyən memara HÖKM OXUNDU

264937

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Xəyal Qurbanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 3 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, memar kimi fəaliyyət göstərən Xəyal Qurbanov zərərçəkmişlərdən birinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktının alınması üçün 2022-ci ilin iyun ayının əvvəlində 15000 manat, digərinə Bakı şəhəri, Kürdaxanı qəsəbəsində yerləşən torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın Dövlət Reyestr Xidmətindən alınması üçün 6290 manat, daha bir zərərçəkmişin isə Bakı şəhərində olan evini təmir edəcəyi adı ilə 34750 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO