Bu səhv soyuducudakı qidaları tez çürüdür

Bu səhv soyuducudakı qidaları tez çürüdür

Hazırda oxunan: Bu səhv soyuducudakı qidaları tez çürüdür

264915

Soyuducular qidaların təravətini uzun müddət qorumağa kömək etsə də, bəzi istifadə qaydalarına əməl edilmədikdə bu müddət xeyli qısalır.

Bizim.Media bu barədə "HaberGlobal"a istinadla xəbər verir.
 

Qida mütəxəssislərinin sözlərinə görə, meyvə-tərəvəzlərin, ət və balıq məhsullarının, süd məhsullarının və tez istifadə olunan qidaların soyuducuda düzgün yerdə saxlanmaması onların həm dad, həm də vitamin-mineral dəyərini itirməsinə səbəb olur.


Məsələn, pomidor, banan, xiyar və kartof kimi bəzi məhsullar çox soyuq şəraitdə hüceyrə quruluşunu itirir və tez xarab olur.

Mütəxəssislər bildirir ki, soyuducuda hava dövranının təmin edilməsi üçün onun yalnız 70 faiz doldurulması, isti qidaların isə əvvəlcə otaq temperaturunda soyudulması vacibdir. Həmçinin yay aylarında temperaturun 3°C, qış aylarında isə 5°C olaraq tənzimlənməsi tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO