“Kəpəz” Gəncə stadionunda nə vaxt oynayacaq?

“Kəpəz” Gəncə stadionunda nə vaxt oynayacaq?

Hazırda oxunan: “Kəpəz” Gəncə stadionunda nə vaxt oynayacaq?

264869

Gəncə şəhər stadionunun sentyabrın əvvəlində təhvil veriləcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bununla belə "Kəpəz" Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün daha çox gözləməli olacaq.
 

Ölkəmizdə təşkil olunacaq MDB oyunları bitən kimi stadion yenidən təmirə bağlanacaq. Yarışlar ərəfəsində arenanın ot örtüyü süni olacaq. Bitdikdən sonra isə bunun təbii ilə əvəzlənməsi planlaşdırılır.


"Sarı-göylər" burada ilk matçını 2026-cı ildə, yəni, mövsümün ikinci yarısında keçirə biləcək.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də başlayacaq. "Kəpəz"in ilk ev oyunları Qəbələdə gerçəkləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO