Şimali koreyalı fəhlələri Rusiyada qul kimi işlədirlər – ŞOK FAKTLAR

Şimali koreyalı fəhlələri Rusiyada qul kimi işlədirlər – ŞOK FAKTLAR

Hazırda oxunan: Şimali koreyalı fəhlələri Rusiyada qul kimi işlədirlər – ŞOK FAKTLAR

264831

Rusiyadakı tikinti obyektlərindən qaçan şimali koreyalı fəhlələr BBC-yə bildiriblər ki, onları faktiki olaraq “qul” kimi işlədirdilər — fasiləsiz olaraq gündə 18 saat, istirahət günü olmadan. Altı nəfər eyni sxemi təsvir edib: səhər saat 6-da oyanış, sonra çoxmərtəbəli binaların tikintisində gecə saat 2-yə qədər fasiləsiz iş. İl ərzində onlara cəmi iki istirahət günü verilirdi.

Bizim.Media xəbər verir ki, “Cin” (adlar dəyişdirilib) kimi təqdim olunan fəhlələrdən biri deyib ki, Rusiyanın Uzaq Şərqinə təyyarə ilə gəlib.
 

Tikinti sahəsinə qədər onu Şimali Koreya xüsusi xidmət orqanının əməkdaşı müşayiət edib və “heç kimlə danışmamaq, heç nəyə baxmamaq” barədə sərt göstəriş verib.


“Xarici dünya — bizim düşmənimizdir”, — deyə Cin həmin şəxsin sözlərindən sitat gətirib.
 

O, qeyd edib ki, tikinti meydançasında şimali koreyalıları “qul” və “danışa bilən maşın” adlandırırdılar: “Əsas əməkhaqqı KXDR-in xəzinəsinə gedirdi, qalan 100–200 dollar isə qaçışların qarşısını almaq üçün yalnız vətənə qayıtdıqdan sonra verilirdi”.


Müsahiblərin hamısı qeyd edib ki, tikinti yerlərində KXDR Dövlət Təhlükəsizlik Departamentinin agentləri tərəfindən 24 saat nəzarətdə olublar. Onlar çirkli, həddindən artıq dolu konteynerlərdə, bəzən isə tikilməmiş binaların döşəməsində yatıblar, soyuqdan qorunmaq üçün qapı yerlərinə brezent çəkiblər.
 

“Bəziləri gündüz bir az yatmaq üçün iş yerindən uzaqlaşırdı, ya da ayaqüstə yuxuya qalırdı, amma rəislər onları tapıb döyürdülər. Elə bil ölürdük”, — deyə fəhlə Çan xatırlayır.


Başqa bir qaçqın isə dörd metrlik hündürlükdən yıxılaarq ağır zədələdiyini, amma yenə də xəstəxanaya getməsinə icazə verilmədiyini deyib.
 

Cənubi Koreyanın Donq-A Universitetinin professoru Kan Don Van Rusiyada şimali koreyalı fəhlələrlə söhbətlərində onların çox təhlükəli şəraitdə işlədiyini vurğulayıb:


“Gecə işıqları söndürürlər və onlar demək olar ki, qoruyucu vasitələrsiz qaranlıqda işləyirlər.”

O əlavə edib ki, fiziki nəzarətdən əlavə, DTD əməkdaşları onlara ideoloji dərslər və “özünü tənqid” seansları keçirir, burada Kim Çen Ina sadiqliyi təsdiqləmək və öz səhvlərini yazmaq tələb olunur. İndi fəhlələri əvvəlki kimi kiçik qruplarla belə tikinti meydançasından buraxmırlar.
 

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, 2024-cü ildə KXDR Rusiyaya 10 mindən çox vətəndaşını göndərib, 2025-ci ildə isə daha 50 min nəfərin gəlməsi gözlənilir.


Onların çoxu tikintidə, digərləri isə tikiş fabriklərində və İT mərkəzlərində çalışır.

“Rusiya hazırda işçi qüvvəsinə kəskin ehtiyac duyur və şimali koreyalılar ideal seçimə çevriliblər. Onlar ucuz, zəhmətkeş və problem yaratmayan işçilərdir”, — deyə Seuldakı Kookmin Universitetinin professoru Andrey Lankov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO