Ukrayna bu əraziləri Rusiyaya verəcək - KİV

Ukrayna bu əraziləri Rusiyaya verəcək - KİV

Hazırda oxunan: Ukrayna bu əraziləri Rusiyaya verəcək - KİV

264800

Ukrayna, Avropa tərəfindən dəstəklənən sülh planı çərçivəsində döyüşləri dayandırmağa və hazırda Rusiya nəzarətində olan əraziləri güzəştə getməyə razı ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Daily Telegraph” yazıb.
 

Nəşrin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa liderlərinə bildirib ki, Kiyev əlavə ərazilərdən imtinanı nəzərdə tutan hər hansı razılaşmanı rədd etməlidir.


Lakin Rusiyaya ələ keçirdiyi bəzi torpaqları saxlamağa icazə verilə bilər.

Bu halda, mövcud cəbhə xətti “dondurulacaq, Moskvanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğal etdiyi hissələrində, eləcə də ilhaq edilmiş Krım üzərində nəzarəti qalacaq.
 

Məqalədə qeyd olunur ki, Ukraynanın danışıqlardakı mövqeyinin yumşalması, 15 avqustda Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş ərəfəsində baş verib.


Qərb rəsmilərindən biri “The Daily Telegraph”a bildirib ki, bu plan yalnız hazırkı hərbi mövqelərlə əlaqələndirilə bilər. Onun sözlərinə görə, ötən həftəsonu Kiyev və müttəfiqləri arasında gərgin danışıqlar aparılıb.

Ukrayna tərəfi hələlik mövzu ilə bağlı şərh verməyib.
 

Qeyd edək ki, Zelenski bazar ertəsi bəyan edib ki, Rusiya yaxınlaşan sülh danışıqlarına baxmayaraq müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət göstərmir.


Əksinə, onun sözlərinə görə, Rusiya ordusu yeni hücum əməliyyatlarına başlamaq məqsədilə qüvvələrini cəmləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO