Həmin sürücü SAXLANILDI – VİDEO

Həmin sürücü SAXLANILDI – VİDEO

Hazırda oxunan: Həmin sürücü SAXLANILDI – VİDEO

264794

Lökbatan–Qobu yolunda təhlükə yaradan sürücü saxlanılıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən xəbərə görə, Qaradağ rayonu, Lökbatan–Qobu yolunda “Ford” markalı yük avtomobilinin sürücüsünün tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər BDYPİ-də araşdırılıb.
 

Araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib.


O, YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO