Ermənistan müdafiə nazirinin keçmiş müşaviri HƏBS OLUNDU - FOTO

Ermənistan müdafiə nazirinin keçmiş müşaviri HƏBS OLUNDU - FOTO

Hazırda oxunan: Ermənistan müdafiə nazirinin keçmiş müşaviri HƏBS OLUNDU - FOTO

264755

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, müdafiə naziri Suren Papikyanın keçmiş müşaviri Arşak Orduxanyan həbs edilib.

Bizim.Media xəbər verir ki, məlumatı Sputnik Ermənistan-a Ermənistan İstintaq Komitəsi təsdiqləyib.

“Bir şəxs barəsində “cinayətkar birlik yaratmaq və ya ona rəhbərlik etmək” və “xüsusilə böyük miqdarda cinayətkar birlik tərəfindən kompüter məlumatlarının oğurlanması” maddələri ilə cinayət təqibi başlanıb,” – deyə İstintaq Komitəsindən bildirilib.
 

Orduxanyan, həmçinin cinayətkar birlik tərkibində qanunsuz miqrasiyanı təşkil edib, bunun üçün hüquqi əhəmiyyətli sənədləri saxtalaşdırıb və istifadə edib. İş 15 may 2024-cü ildə məhkəməyə göndərilib.


Bundan əvvəl onun barəsində 5 milyon dram (təxminən 12,5 min ABŞ dolları) məbləğində girov müqabilində ölkədən çıxmamaq barədə iltizam götürülmüşdü, lakin sonradan qətimkan tədbiri dəyişdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO