Dostunu polisə işə düzəltmək adı ilə aldatdı – HƏBS EDİLDİ

Dostunu polisə işə düzəltmək adı ilə aldatdı – HƏBS EDİLDİ

Hazırda oxunan: Dostunu polisə işə düzəltmək adı ilə aldatdı – HƏBS EDİLDİ

264733

Bakı sakini dostunu işə düzəltmək adı ilə aldadıb ona qarşı dələduzluq edib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
 

Bakı şəhər sakini Valeh Məmmədov (soyadı şərtidir) xalası oğlu Coşqunun əsgər yoldaşı Ağasəlim Ağayevlə (soyadı şərtidir) dostlaşaraq onu mühafizə polisinə işə düzəltməyi söz verib.


Bundan sonra Valeh tez-tez Ağasəlimlə görüşüb, iş barəsində danışıqlar aparıb.
 

Bir neçə gün sonra isə Valeh Ağasəlimə zəng vuraraq ondan işə düzəlmək üçün 6 min manat rüşvət tələb edib. Ağasəlim də işin düzəldiyini zənn edib Valehə 6 min manat göndərib.


Bir müddət sonra dostunu inandırmaq istəyən Valeh ona zəng vuraraq işin düzəldiyini bildirib. O, Ağasəlimdən təcili Bakıya gəlməyi istəyib. Bildirib ki, guya o, Bakıda imtahandan keçməlidir.
 

Dostuna inanan Ağasəlim Bakıya gələrək mənzil kirayələyib və Valehdən işlə bağlı cavab gözləyib. Amma aylarla gözləsə də, Valehdən cavab çıxmayıb.


Bundan sonra Ağasəlim məsələ ilə bağlı polisə müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Valeh Məmmədov 3 il azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO