DİN bu sürücülərə müraciət etdi - FOTO / VİDEO

DİN bu sürücülərə müraciət etdi - FOTO / VİDEO

Hazırda oxunan: DİN bu sürücülərə müraciət etdi - FOTO / VİDEO

264731

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
 

Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün də ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb.


Yol hərəkəti və təhlükəsizlik qaydalarına məhəl qoymayaraq həm özləri, həm də digər nəqliyyat vasitələri üçün qəza riski yaradan ikitəkərli nəqliyyat sürücüləri barədə məsuliyyət tədbirləri həyata keçirilib.
 

İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.


Bir daha yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO