Teleqram mesencerə şantaj xarakterli məlumat göndərən fırldaqçı kanalları bloklayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Teleqramın təsisçisi Pavel Durov bildirib.
O deyib ki, bu həftə Teleqram doksinq (şəxsi məlumatların sahibinin razılığı olmadan toplanması və dərc edilməsi) və şantajla məşğul olan bir çox kanalları bloklayıb.
“Bu bloklama o deməkdir ki, bizdə həmin kanal administratorlarının böhtan xarakterli yazılar dərc etdiyi, sonra isə zərərçəkənlərdən pul müqabilində onları sildiyinə dair təkzibedilməz sübutlar var.
Teleqram doksinq və şantaj yeri deyil”,-deyə Durov vurğulayıb.
O, şantaj məqsədilə yaradılan teleqram kanallarının klonlarını yaratmağın da fırıldaqçıların işinə yaramayacağını, belə kanalların dərhal tapılaraq bloklanacağını söyləyib.
Bizim.Media