Rusiya prezidenti Vladimir Putin ölkədə yaşayan əcnəbilərin və əmək miqrantlarının da koronavirusa qarşı vaksinasiyadan keçirilməsinin təmin olunması barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, müvafiq sənədlər Kremlin rəsmi saytında dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
Peyvənd olunanların sayı 3 milyonu keçdi
Ölkə başçısı müvafiq qurumlara miqrantların peyvənd olunması üzrə dövlət proqramını hazırlamağı və onun həyata keçirilməsi üçün lazımi maliyyə mənbələrini aşkar etməyi tapşırıb.
Bizim.Media