KİV: “Trampla Putinin Alyaskada görüşməsi üçün kirayə ev TUTULUB”

KİV: “Trampla Putinin Alyaskada görüşməsi üçün kirayə ev TUTULUB”

Hazırda oxunan: KİV: “Trampla Putinin Alyaskada görüşməsi üçün kirayə ev TUTULUB”

264556

ABŞ Məxfi Xidməti Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində Alyaska ştatının Ankoric şəhərində mənzil kirayələyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
 

Görüşün rəsmi yeri hələ açıqlanmayıb, lakin rieltor Larri Disbrou nəşrə bildirib ki, Gizli Xidmətin tələbi ilə Ankoricdə “altı otaqlı mülk” siyahıya alıb.


Tramp avqustun 8-də deyib ki, o, Putinlə görüşəcəyini gözləyir. 

Xatırladaq ki, Tramp rusiyalı həmkarı ilə avqustun 15-də Alyaskada görüşəcəyini bildirib.

Liderlər arasında görüşün baş tutacağını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO