Yumurtanı belə bişirin

Yumurtanı belə bişirin

Hazırda oxunan: Yumurtanı belə bişirin

264533

"Yumurtanı bişirməyin ən faydalı yolu qaynatmaqdır".

Bizim.Media "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Darya Xaykina danışıb.

“Yumurta istər bərk qaynadılmış, istərsə də yumşaq qaynadılmış və ya buxarda hazırlanmış olsun, məhsulun bütün faydalı xüsusiyyətlərini qorumağa kömək edir və əlavə kalori qatmır”, - deyə həkim izah edib.

Eyni zamanda o qeyd edib ki, yağda qızardılmış yumurtalar faydadan çox zərər verə bilər:
 

"Bu üsulla bişirildikdə yumurtalar çox miqdarda yağ çəkir, xüsusilə də kərə yağı və ya marqarin istifadə olunarsa. Nəticədə hazır yeməyin tərkibində doymuş yağlar və transyağların miqdarı artır.


Qızardılmış yumurtaların qəbulu qaraciyərə əlavə yük salır və “pis” xolesterin səviyyəsinin yüksəlmə riskini artırır". (ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO