Pezeşkian Xameneidən fərqli olaraq Zəngəzur dəhlizinə qarşı çıxmadı - VİDEO

Pezeşkian Xameneidən fərqli olaraq Zəngəzur dəhlizinə qarşı çıxmadı - VİDEO

Hazırda oxunan: Pezeşkian Xameneidən fərqli olaraq Zəngəzur dəhlizinə qarşı çıxmadı - VİDEO

264497

“Məsələ xəbərlərdə şişirdildiyi kimi deyil. İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb”.

Bizim.Media xəbər verir ki, bunu İran prezidenti Məsu Pezeşkian deyib.

O, jurnalistin “ABŞ-ın iştirakı narahatlıq doğurmurmu?” sualına belə cavab verib:
 

“Bu da məsələlərdən biridir. Amma ərazi bütövlüyü ilə bağlı məsələlər, eləcə də bizim Avropaya və ya şimala gedən yolumuzun kəsilməməsi təmin olunub.


Yeganə narahatlıq odur ki, bu yolu amerikalı və erməni şirkətləri inşa edəcək”.

Xatırladaq ki, Ayətullah Əli Xamenei əks mövqedən çıxış edib.

O, açıqlama verib ki, İran İslam Respublikası heç bir halda elə bir siyasəti və proqramı qəbul etməyəcək ki, nəticədə İranla Ermənistan arasındakı sərhəd bağlansın.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO