ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək - Cey Di Vens

ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək - Cey Di Vens

Hazırda oxunan: ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək - Cey Di Vens

264477

ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News-a müsahibəsində deyib.

O, bildirib ki, Vaşinqton bu məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir:
 

“Əgər avropalılar təşəbbüsü üzərilərinə götürüb Amerika istehsalçılarından silah almaq istəyirlərsə, ABŞ buna qarşı deyil, lakin artıq bunu maliyyələşdirməyəcək”.


ABŞ-ın vitse-prezidentinin dediyinə görə, Tramp əmindir ki, Alyaskada Putinlə keçiriləcək görüş görülən səylərə dəyər:
 

“Bu danışıqlar Amerika diplomatiyası üçün əhəmiyyətli irəliləyişdir. ABŞ hazırda Putinin və Zelenskinin bir masa arxasında əyləşərək münaqişənin dayandırılmasını müzakirə edə biləcəyi vaxtı razılaşdırma prosesindədir.


Vaşinqton Ukraynadakı münaqişənin mövcud təmas xəttini nəzərə alaraq həllinə çalışır”.

O, eyni zamanda qeyd edib ki, Tramp, Çin Xalq Respublikasının Rusiya nefti almasına görə gömrük rüsumları tətbiq etməyi düşünür, lakin hələlik yekun qərar verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO