Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

Hazırda oxunan: Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

264434

"Neftçi" yeni mövsümə başlamadan öncə üç futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov həmin oyunçuları heyətdə görmək istəmir.
 

Daha doğrusu mütəxəssis məcbur qalmadığı müddətdə onlara oynamaq üçün şans belə vermək niyyətində deyil. Həmin futbolçular Ramil Şeydayev, Andrey Ştoqrin və Ryonosuke Ohoridir. "Neftçi" hazırda bu oyunçularla vidalaşmağın yollarını axtarır.


Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək. "Neftçi" ilk turda "Şamaxı"nı qəbul edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO