Futbol üzrə Rusiya I Divizionunda 4-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycanlı futbolçular Sadıq Bagievlə Kamran Əliyevin formasını geyindiyi SKA (Xabarovsk) doğma meydanda "Çayka"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Həmyerlilərimiz də bu görüşün iştirakçısı olub. Onlar matça start heyətində başlayıb. Sadıq 70, Kamran 81 dəqiqə meydanda qalıb.
U-21 millimizin üzvü olan Bagiev 47-ci dəqiqədə sarı vərəqə görüb. Kamran Əliyev isə 65-ci dəqiqədə komandasının yeganə qolunu vurub. 4 turdan sonra aktivində 8 xal olan SKA turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:59 / 10.08.2025
Futbolçumuz komandasını məğlubiyyətdən xilas etdi
Hazırda oxunan: Futbolçumuz komandasını məğlubiyyətdən xilas etdi
Hazırda oxunan: Futbolçumuz komandasını məğlubiyyətdən xilas etdi
264431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.