“Ukrayna öz ərazilərini işğalçılara verməyəcək” - Zelenski

“Ukrayna öz ərazilərini işğalçılara verməyəcək” - Zelenski

Hazırda oxunan: “Ukrayna öz ərazilərini işğalçılara verməyəcək” - Zelenski

264337

“Ukrayna öz ərazilərini işğalçılara verməyəcək”.

Bizim.Media RBK-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
 

“Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim yayına və ya kənara çıxa bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçılara verməyəcək”, - deyə dövlət başçısı bildirib.


Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır:

“Ukraynasız bu qərarlar heç bir nəticə verməyəcək. Bunlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımıza insanların hörmət edəcəyi real, həqiqi sülh lazımdır. Biz Prezident Tramp ilə, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, davamlı - Moskvanın istəkləri üzündən pozulmayacaq sülh üçün işləməyə hazırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO