Lerikdə BƏDBƏXT HADİSƏ – 51 yaşlı kişi həyatını itirdi - FOTO

Lerikdə BƏDBƏXT HADİSƏ – 51 yaşlı kişi həyatını itirdi - FOTO

Hazırda oxunan: Lerikdə BƏDBƏXT HADİSƏ – 51 yaşlı kişi həyatını itirdi - FOTO

264295

Lənkəran sakini Lerik rayonunda meşə zolağında bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lerik rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib.
 

Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev odun gətirmək üçün meşəyə gedib. Odun doğrayarkən yaxınlıqdakı iri gövdəli ağacın budağı qırılaraq onun üstünə düşüb.


Nəticədə Ağayev ağır xəsarət alıb.

Ətrafdakıların köməyi ilə o, meşədən çıxarılaraq kəndə yaxın əraziyə gətirilib.
 

Lakin yolsuzluq səbəbindən təcili tibbi yardım hadisə yerinə çata bilməyib və o, həkimlər gələnədək dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO