AŞPA sədrindən Vaşinqton görüşünə MÜNASİBƏT – FOTO

AŞPA sədrindən Vaşinqton görüşünə MÜNASİBƏT – FOTO

Hazırda oxunan: AŞPA sədrindən Vaşinqton görüşünə MÜNASİBƏT – FOTO

264289

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edib”.

Bizim.Media xəbər verir ki, Russopulos bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram.
 

AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır”, - Russopulos yazıb.


Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO