Pentaqon rəsmisi yadplanetlilərin növlərini açıqladı – Yaraşıqlı mavigözlülərdən tutmuş, böcəyə bənzər varlıqlara qədər...

Pentaqon rəsmisi yadplanetlilərin növlərini açıqladı – Yaraşıqlı mavigözlülərdən tutmuş, böcəyə bənzər varlıqlara qədər...

Hazırda oxunan: Pentaqon rəsmisi yadplanetlilərin növlərini açıqladı – Yaraşıqlı mavigözlülərdən tutmuş, böcəyə bənzər varlıqlara qədər...

264279

Pentaqonun fiziki Erik Davis yadplanetlilərin növlərini təsnifatlandırıb.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, bununla bağlı keçirdiyi xüsusi brifinqdə Pentaqonun məxfi layihələrində çalışan doktor Erik Davis bu varlıqların bəzilərinin insana bənzər quruluşda olduqlarını deyib.

Onun sözlərinə görə, çox güman ki, bu varlıqlar gizli mühəndislik proqramları ilə əlaqəlidirlər.

Boz rənglilər

"Bozlar" bizim təsvir etdiyimiz, filmlərdə gördüyümüz ənənəvi hamar boz dərisi, iri qara badamşəkilli gözləri və iri burun dəlikləri olan kiçik humanoidlər kimi təsvir edilir.

Skandinavlar

Adını yaraşıqlı skandinav xalqının şərəfinə alan bu yadplanetlilər hündürboy, sarı saçlı, mavi gözlüdürlər. İnsandan seçilmirlər, hətta daha yaraşıqlıdırlar. Üstəlik qabaqcıl texnologiyaya sahib olduqları iddia edilən növlər arasındadır.

Böcəkkimilər

Çoxsaylı ətrafları, üzvləri və antenaya bənzər bığcıqları olan böcəklərə bənzər canlılar olaraq uzun müddətdir yadplanetli mifologiyasında yer alır.

Sürünənlər

Yer kürəsini gizli şəkildə idarə etdikləri iddia edilən sürünənlər, yarı insan, yarı ilan görünüşləri ilə ən diqqət çəkən fiqurlar arasındadır.

20-ci əsrin sonlarında David İcke tərəfindən populyarlaşdırılan bu növ qədim mifologiyalarda da oxşar fiqurlara malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO