Ağ Evdə əldə olunan tarixi razılaşmalara Qazaxıstandan REAKSİYA – ÖZƏL

Ağ Evdə əldə olunan tarixi razılaşmalara Qazaxıstandan REAKSİYA – ÖZƏL

Hazırda oxunan: Ağ Evdə əldə olunan tarixi razılaşmalara Qazaxıstandan REAKSİYA – ÖZƏL

264266

“Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında bir anlaşma imzaladılar. Bu sənəd bütün Türk dünyası üçün böyük əhəmiyyət daşıyan uğurlu bir razılaşma kimi qiymətləndirilə bilər”.

 

MÖVZU İLƏ BAĞLI

ATƏT-dən Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV



Bu fikirləri Bizim.Media-ya açıqlamasında qazaxıstanlı politoloq Amangeldi Kurmet deyib.

Gecə saatlarında Vaşinqtonda baş tutan görüşü şərh edən analitik, imzaların yalnız Cənubi Qafqaza deyil, Mərkəzi Asiya ölkələrinə də xeyir gətirəcəyini bildirib:
 

“Bunun əsas səbəblərindən biri “Orta Dəhliz” məsələsidir. Bildiyiniz kimi, Çindən Avropaya qədər uzanan tranzit və logistika layihələrinin həyata keçirilməsi üçün Orta Dəhliz böyük əhəmiyyət kəsb edir.



Bu dəhlizin inkişafında Azərbaycanın rolu isə xüsusi əhəmiyyət daşıyır.

Əgər Azərbaycan Zəngəzur dəhlizini açırsa, deməli, Orta Dəhlizin daha da səmərəli və faydalı olacağı gözlənilir”.
 

Hazırda Mərkəzi Asiya ölkələrinin ixracat və tranzit yüklərinin böyük hissəsi Xəzər dənizi üzərindən Azərbaycana, ordan isə Gürcüstan vasitəsilə Türkiyəyə çatdırılır.


Əgər Zəngəzur dəhlizi açılarsa, yüklər buradan birbaşa Naxçıvana, ordan da Türkiyə və Avropaya yönləndirilə biləcək:
 

“Bu, Qazaxıstan üçün də çox vacibdir. Çünki ölkəmizin şimalında Rusiya ilə sərhəd var və Rusiya-Ukrayna müharibəsi şəraitində Qazaxıstanın neftdən tutmuş digər ticarət məhsullarına qədər dünya bazarına çıxarılması üçün əlavə dəhlizlərə ehtiyac duyulur.


Bu səbəbdən Qazaxıstan həmişə Orta Dəhliz layihəsini dəstəkləyib”, - deyə A.Kurmet qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO