İrandan Vaşinqtonda əldə olunan razılaşmalara REAKSİYA

İrandan Vaşinqtonda əldə olunan razılaşmalara REAKSİYA

Hazırda oxunan: İrandan Vaşinqtonda əldə olunan razılaşmalara REAKSİYA

264246

“İran İslam Respublikası Cənubi Qafqaz regionunda mövcud tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu Azərbaycan və Ermənistanla təmasdadır”.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Cənubi Qafqazda sülh və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir:
 

"İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayır, hadisələrin bu inkişafını regionda davam sülhün əldə olunmasında mühüm addım hesab edir.


Eyni zamanda, hər hansı bir xarici müdaxilənin, xüsusən də ümumi sərhədlərin yaxınlığında, bölgədəki təhlükəsizliyə və davamlı sabitliyə zərər verə biləcək mənfi təsirlərindən narahatlığını ifadə edir".

Bəyanatda o da qeyd olunub ki, kommunikasiya əlaqələrinin bərpası region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO