Tramp Ağ Evin açarını İlham Əliyevə bağışladı – FOTO

Tramp Ağ Evin açarını İlham Əliyevə bağışladı – FOTO

Hazırda oxunan: Tramp Ağ Evin açarını İlham Əliyevə bağışladı – FOTO

264217

ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi öz otağında qəbul edərkən ona xüsusi hədiyyə təqdim edib.

Bizim.Media xəbər verir ki, həmin hədiyyə Trampın özünün şəxsən hazırlatdığı açardır.

Bu açarı dəyərli edən onun qızıldan hazırlanmasından çox, Ağ Evin giriş qapısını açmasıdır.

Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya, amerikalı milyarder İlon Maska da həmin hədiyyəni təqdim edib.

Və hər təqdimatda bu hədiyyənin hər kəsə yox, yanlız məxsusi qonaqlara verildiyini bildirib: “Bu, Ağ Evin, həm də ölkəmiz və qəlbimizin açardır”.

Hədiyyənin təqdimatı zamanı Prezident İlham Əliyevlə ABŞ lideri arasında yaşanan dialoqu təqdim edirik:

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO