Tarixi görüşlərə saatlar qalır: Azərbaycanlı jurnalistlər Ağ Evə yola düşdülər - VİDEO

Tarixi görüşlərə saatlar qalır: Azərbaycanlı jurnalistlər Ağ Evə yola düşdülər - VİDEO

Hazırda oxunan: Tarixi görüşlərə saatlar qalır: Azərbaycanlı jurnalistlər Ağ Evə yola düşdülər - VİDEO

264155

Vaşinqtonda baş tutacaq tarixi görüşlərə saatlar qalır.
 

MÖVZU İLƏ BAĞLI

Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı YAYIMLANACAQ



Bizim.Media xəbər verir ki, azərbaycanlı jurnalistlər Ağ Evə yola düşüblər.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanla Oval Ofisdə ikitərəfli görüş keçirəcək.


Daha sonra Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi nəzərdə tutulub.
 

Bundan sonra Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə Oval Ofisdə ikitərəfli görüş keçirəcək. Görüşün sonunda Tramp və İlham Əliyev arasında da sənəd imzalanması planlaşdırılır.

 

İkitərəfli görüşlərdən sonra Tramp, İlham Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi baş tutacaq.
 

Dövlət Departamentinin cədvəlinə əsasən, dövlət katibi Marko Rubio həm üçtərəfli görüşə, həm də imzalanma mərasiminə qatılacaq.


Görüşün sonunda jurnalistlər üçün Oval Ofisdə mətbuat konfransı keçirilməsi nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO