Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var

Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var

Hazırda oxunan: Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var

264152

Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib.
 

MÖVZU İLƏ BAĞLI

SON DƏQİQƏ! Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU



Bizim.Media xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.
 

Mənbənin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.


Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına, Azərbaycan qazının keçməli olduğu qazpaylayıcı stansiyaya zərbə endirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO