“Allah verəndən yeyib-içirik...” - 77 yaşlı “Nəsimi”

“Allah verəndən yeyib-içirik...” - 77 yaşlı “Nəsimi”

Hazırda oxunan: “Allah verəndən yeyib-içirik...” - 77 yaşlı “Nəsimi”

264084

Bu gün Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin doğum günüdür. 

Bizim.Media xəbər verir ki, “Qafqazinfo.az”a doğum günündə Xalq artisti ilə əlaqə saxlayıb.

R.Balayev açıqlamasında doğum gününü təntənəsiz, ailə üzvləri ilə birlikdə keçirdiyini deyib:
 

“Xüsusi restoran danışmamışıq. Doğum günümü evdə qeyd edirəm. Uşaqlarla oturmuşuq, Allah verəndən yeyib-içirik. Şükür Allaha, özümü yaxşı hiss edirəm. Təbrik edən hər kəsə təşəkkür edirəm”.


Xatırladaq ki, R.Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Aktyor “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilir. O, 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adları ilə, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə isə “İstiqlal” ordeni ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO