Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
MÖVZU İLƏ BAĞLI
DİN Sabirabadda 64 yaşlı kişinin azyaşlıya əxlaqsız hərəkətlər etməsi ilə bağlı MƏLUMAT YAYDI
Qeyd edək ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılmışdı.
O, polis əməkdaşları tərəfindən saxlanılmışdı.
Bizim.Media