Metroda doğulan körpə xüsusi cihaza yerləşdirildi – FOTO

Metroda doğulan körpə xüsusi cihaza yerləşdirildi – FOTO

Hazırda oxunan: Metroda doğulan körpə xüsusi cihaza yerləşdirildi – FOTO

264069

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan körpənin vəziyyəti qənaətbəxş deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Stansiyada doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz İSTİFADƏ EDƏCƏK – RƏSMİ


Onun sözlərinə görə, doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib: 

“Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub.

Hazırda körpə xüsusi nəzarət altında saxlanılır”.

E.Hidayətoğlu bildirib ki, vaxtından əvvəl - 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm-dir və kişi cinslidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO