21 yaşlı oğlanın mədəsinə metal əşya batdı - Ölümdən döndü - FOTO

21 yaşlı oğlanın mədəsinə metal əşya batdı - Ölümdən döndü - FOTO

Hazırda oxunan: 21 yaşlı oğlanın mədəsinə metal əşya batdı - Ölümdən döndü - FOTO

264043

Azərbaycanda 21 yaşlı oğlanın mədəsinə metal əşya batıb. 

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən bildirilib. Məlumata görə 01.08.2025-ci il tarixdə qarnın boşluğuna metal əşya batmış 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. 
 

Aparılan müayinələr zamanı ona qarının ön divarına nüfuz edən, mədəni dəlib keçən, mədəaltı vəzininin, qarın aortasının yaralanması, kəskin qan itirmə və hemorragik şok diaqnozu qoyulub. Xəstənin dərhal əməliyyat edilməsi planlaşdırılıb. 


Ümumi Cərrahiyyə şöbəsinin həkimləri Rauf Mirzəyev və Maya Xudiyeva tərəfindən əməliyyat icra edilib.

Uğurlu əməliyyat nəticəsində onun qarın boşluğunda yığılmış 3 l qan və qan laxtaları xaric edilib, zədələnmiş orqanların bərpası həyata keçirilib.

Daha sonra Şöbədə stasionar müalicələri başladılıb. Aparılan intensiv müalicələrdən sonra vəziyyəti stabil qiymətləndirilib və evə buraxılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO