Qubada qanunsuz kömür quyusu AŞKARLANDI

Qubada qanunsuz kömür quyusu AŞKARLANDI

Hazırda oxunan: Qubada qanunsuz kömür quyusu AŞKARLANDI

264037

Qubada qanunsuz kömür quyusu aşkarlanıb.

Quba Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Marif Baxışov olduğu müəyyən edilib.

M.Baxışov məsuliyyətə cəlb edilib və aşkar olunan kömür quyusu ləğv olunub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO