Rusiya kəşfiyyatından iddia: Qərb Zelenskini onunla əvəzləməyə hazırlaşır

Rusiya kəşfiyyatından iddia: Qərb Zelenskini onunla əvəzləməyə hazırlaşır

Hazırda oxunan: Rusiya kəşfiyyatından iddia: Qərb Zelenskini onunla əvəzləməyə hazırlaşır

264021

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ABŞ və Böyük Britaniyanın Ukrayna Prezidenti Volodimir Zelenskini əvəz etmək üçün keçmiş baş komandan Valeri Zalujnını alternativ namizəd kimi müzakirə etdiyini iddia edib.

Bizim.Media xəbər verir ki, bu məsələ ilə bağlı Alp dağlarında gizli görüş keçirilib.

Məlumata görə, görüşdə Prezident aparatının rəhbəri Andrey Yermak, hərbi kəşfiyyat rəhbəri Kirilo Budanov və hazırda Britaniyadakı Ukrayna səfiri Valeri Zalujnı iştirak ediblər.

Qərb dövlətləri Ukrayna rəhbərliyində dəyişiklik etməklə sülh danışıqlarında daha praqmatik liderlə işləməyi və Ukrayna iqtisadiyyatına Qərb investisiyalarının davamlı axınını təmin etməyi planlaşdırır.

Rusiya mətbuatı bu prosesin artıq Zelenskinin ətrafında çaxnaşma yaratdığını, onun yenidən seçilmə şanslarını azaltdığını və Zalujnının kölgədən çıxmağa başladığını yazır.

Ukrayna kəşfiyyat orqanları və Prezident administrasiyasına yaxın mənbələr isə bu iddiaları dezinformasiya və psixoloji müharibə elementi kimi qiymətləndirib. Onlar Rusiya tərəfinin belə xəbərlərlə Ukrayna ictimaiyyətində parçalanma yaratmaq və Qərblə olan münasibətləri zədələmək istədiyini bildiriblər. (Globalinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO