“Volkswagen” “Touareg”dən imtina edir

“Volkswagen” “Touareg”dən imtina edir

Hazırda oxunan: “Volkswagen” “Touareg”dən imtina edir

263992

"Volkswagen" (VW) 2026-cı ildə özünün prestijli "Touareg" modelinin istehsalını dayandırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə avqustun 7-də Britaniyanın "Autocar" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.
 

Touareg-dən imtina "VW" konserninin premium seqmentdən ayrılmasını və prioritetlərin dəyişməsini göstərir.


Yolsuzluq avtomobilinə alternativ olaraq, alman avtomobil istehsalçısı daha sərfəli Tayron krossoverini təklif edəcək ki, bu da mahiyyətcə uzadılmış Tiguandır.

2002-ci ildə təqdim edilən "VW" "Touareg" orijinal "Porsche Cayenne" ilə paralel olaraq hazırlanmış və eyni platformadan istifadə edilmişdir.

"Touareg" ilə yanaşı, "VW" konserni elektrik ID 5 modelini də öz istehsaldan çıxarmaq qərarına gəlib. Bu model 2021-ci ildə ID 4 modelinin daha idman analoqu kimi təqdim edilib, lakin populyarlaşmayıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO