Sabahkı bəzi qatar reysləri ləğv edilir - SİYAHI

Sabahkı bəzi qatar reysləri ləğv edilir - SİYAHI

Hazırda oxunan: Sabahkı bəzi qatar reysləri ləğv edilir - SİYAHI

263937

Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
 

Belə ki, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:30-da Bakı–Xırdalan, 08:00-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir:


“Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO