Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Hazırda oxunan: Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

263898

Qazaxıstanın azərbaycanəsilli musiqiçisi Jah Khalib (Bəxtiyar Məmmədov) yaxın günlərdə keçirəcəyi konsertlərini təxirə salıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Instagram" hesabında özü məlumat yayıb.

Buna səbəb isə onun qızının səhhətindəki ciddi problemlərdir.

"Əfsuslar olsun ki, bu turu ləğv etməli və ya (əgər gözləməyə hazırsınızsa) təxirə salmalı olacağam. Səbəb isə yenidoğulan qızımın əməliyyatdan sonra kritik vəziyyətdə olmasıdır.
 

Gücümü toplamağa çalışsam da, səhnəyə çıxmağa hazır deyiləm. Bu çətin dönəmdə həyat yoldaşının yanında olmalıyam və pərəstişkarlardan anlayış göstərmələrini xahiş edirəm.


Ümid edirəm ki, anlayışla qarşılayarsınız. Xahiş edirəm, kim necə bacarırsa, dua etsin ki, övladlarımız sağ-salamat olsunlar". (Milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO